Koronavirusdan sağalandan sonra qoxu hissinin bərpa olunmasının vaxtı açıqlandı

  • SpaceTV
  • 2 Dekabr 2020 17:36

Koronavirusa yoluxmadan sonra qoxu hissi xəstəlik dərəcəsindən asılı olaraq bir neçə gün ərzində bərpa olunur.

Spacetv.az xəbər verir ki, Lenta.ru-nun məlumatına görə, bu barədə Tibbi və Bioloji Agentliyin Otorinolarinqologiya tədqiqat mərkəzində Somnologiya şöbəsinin müdiri həkim Aleksandr Melnikov bildirib.

“Müxtəlif şəkildə – bir və ya iki gündən sonra, bəzən isə düzəlməyə bilər. Belə variantlar da olur. Ancaq ən çoxu dörd-beş gün çəkir”, – deyə Melnikov qeyd edib.

O, qoxunun itirilməsinin sinir sisteminə ziyan vurması nəticəsində ola biləcəyi fərziyyəsini də irəli sürüb.

Paylaş

 Xəbəriniz olsun