Koronavirusdan sağalan Nazarbayevdən xalqa müraciət: “Özümü yaxşı hiss edirəm”

  • SpaceTV
  • 3 İyul 2020 12:10

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb və vəzifələrinin icrasına başlayıb.

TASS xəbər verir ki, bu barədə N.Nazarbayev vətəndaşlara müraciətində bildirib.

“Özümü yaxşı hiss edirəm və tam güclə işə başlamışam.

Xalqımla birlikdə bu xəstəliyin bütün ağırlığını hiss etdim və indi müalicə alan hər kəsə səbir, cəsarət və tezliklə sağalmağı arzulayıram”, – deyə N.Nazarbayev bildirib.

Paylaş

 Xəbəriniz olsun