Koronavirusdan ölüm sayında rekord qeydə alındı

  • Space TV
  • 5 Noyabr 2020 10:30

Dünyada koronavirusdan gündəlik ölüm sayında rekord müəyyənləşib. Belə ki, son sutkada 9 763 nəfər COVID-19 qurbanı olub.

Bu barədə Spacetv.az “Bloomberg”ə istinadən xəbər verir.

Qeyd olunur ki, COVID-19 pandemiyası sürətlənib. Məsələn, Yunanıstanda qismən tətbiq olunan lokdauna baxmayaraq, gündəlik koronavirusa yoluxmada maksimum say aşkar edilib – 2 646. ABŞ-da isə analoji göstərici ilk dəfə 100 mini keçib.

Xatırladaq ki, dünyada təsdiqlənmiş COVID-19-a yoluxma hallarının sayı 48 milyonu keçib.

Paylaş

 Xəbəriniz olsun