Dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxma və ölüm hallarında artım qeydə alınıb.
SPACE TV Worldometers.info-ya istinadən xəbər verir ki, indiyədək 1 milyon 596 min 182 nəfər virusa yoluxub.
Onlardan 95 min 155 nəfəri dünyasını dəyişib. Koronavirusa yoluxmuş 360 min 188 xəstə sağalaraq evə buraxılıb.