Koronavirusdan ölənlərin sayı 345 mini ötdü

  • Space TV
  • 25 May 2020 10:06

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 465 min 152 nəfərə çatıb.

SPACE TV xəbər verir ki, virusdan ölənlərin sayı 345 min 558 nəfərdir. İndiyədək 2 milyon 287 min 454 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun