Koronavirusdan ölənlərin sayı 176 mini ötdü

  • SpaceTV
  • 22 Aprel 2020 10:06

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 2 milyon 540 min 135 nəfərə çatıb.

SPACE TV Worldometers -ə istinadən xəbər verir ki, hazırda virusdan ölənlərin sayı 176 min 689 nəfərdir. İndiyədək 687 min 635 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun