Koronavirusdan ölən polis kapitanının yerinə TƏYİNAT – FOTO

  • Space TV
  • 16 Fevral 2021 13:42

Daxili İşlər orqanlarında növbəti kadr təyinatı olub.

Unikal.org-un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Yusif Paşayev Qazax Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin Baş inspektoru təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Qazax Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin sabiq Baş inspektoru, 32 yaşlı polis kapitanı Əliyev Fərid Koroğlu oğlu koronavirusdan vəfat edib.

Paylaş

 Xəbəriniz olsun