Koronavirusdan ölən adamın cansız bədəni hərəkət etdi

  • Space TV
  • 14 May 2020 11:37

İndoneziyanın Şimali Sulaşesi əyalətində qəribə hadisə baş verib.

Sondakika.com xəbər verir ki, koronavirusdan ölən kişi dəfn zamanı hərəkət edib.

Rahib dua oxuduğu zaman tabutun içində əlin tərpəndiyi görünür.

Sosial şəbəkədə bu hadisə geniş müzakirələrə səbəb olub və insanlar həmin şəxsin ölmədən dəfn edilməsinə görə narahatlıqlarını bildiriblər.

Qeyd edilir ki, avstraliyalı alimlər keçən il ölülərin müxtəlif bədən hissələrinin hərəkət edə bildiyini sübuta yetirən araşdırma aparıblar.

Paylaş

 Xəbəriniz olsun