Rusiyada koronavirus epidemiyası izləmə mərkəzinin sözcüsü Aleksandr Myasnikov dünyanın gələcəkdə koronavirusdan daha ölümcül epidemiya ilə üzləşəcəyini deyib.
SPACE TV xəbər verir ki, Aleksandr Myasnikov növbəti epidemiyanın ölüm faizinin 30-35 olacağını gözlədiklərini qeyd edib. O bildirib ki, koronavirus növbəti epidemiyaya daha hazırlıqlı olmamıza səbəb olacaq.
Hər ölkədə koronavirusun 2-3 aya özünün pik nöqtəsinə çatdığını deyən Myasnikov Rusiyada bu pik nöqtənin mayda yaşanacağını ifadə edib.