Koronavirusda son durum: Son 24 saatda 73 ölü, 3 min 143 yoluxma…

  • SpaceTV
  • 7 Fevral 2020 10:56

Çində günbəgün artan yeni növ koronavirus (2019-nCoV) nəticəsində ölü sayı 637-ə, yoluxanların sayı 31 min 161-ə yüksəlib.

SPACE TV  “bloomberg.com”a istinadən xəbər verir ki, yoluxanlardan 4 min 821-nin vəziyyəti ağır olaraq qiymətləndirilir. Virus şübhəsi ilə nəzarət altına alınanların sayı isə 186 min 45-ə çatıb.

Həmçinin son 24 saatda daha 73 nəfər koronavirus xəbəbindən həyatını itirib və 3 min 143 yeni yoluxma halı qeydə alınıb. Ölümlərdən 69-u virusun yayılmağa başladığı Çinin Hubey əyalətində meydana gəlib.

Paylaş

 Xəbəriniz olsun