Koronavirusda son durum: Son 24 saatda 105 ölüm, 10 min yoluxma

  • SpaceTV
  • 17 Fevral 2020 11:48

Çində “Covid-19” adlandırılan yeni növ koronavirus nəticəsində ölənlərin sayı 1771-ə, yoluxanların sayı isə 70 min 548-ə çatıb. Yoluxanlardan 10 min 644-nün vəziyyəti ağırdır.

SPACE TV  “bbc.com”a istinadən xəbər verir ki, bu barədə Çin Beynəlxalq Səhiyyə Komissiyası məlumat yayıb. Eyni zamanda, virusa yoluxduğundan şübhələnən insanların sayı 7 min 264, nəzarət altında olan şəxslərin sayı isə 150 min 539 olub.

Müalicə alaraq sağalan şəxslərin sayı isə 10 min 844 olub. Ölkədə virus səbəbindən son 24 saatda 105 nəfər həyatını itirib, 2 min 48 yeni yoluxma halı qeydə alınıb. Ölüm hallarından 100-ü virusun yarandığı Hubey əyalətində meydana gəlib.

Paylaş

 Xəbəriniz olsun