Koronavirusda son durum: Bu ölkədə ilk dəfə ölüm faktı qeydə alındı

  • SpaceTV
  • 22 Fevral 2020 11:35

Yeni növ koronavirus “Covid-19” nəticəsində ölənlərin sayı 2 min 300-ü keçib. Yoluxma sayı isə 77 mindən çoxdur. Bu gün Avropapa virus səbəbindən ikinci ölüm faktı qeydə alınıb. Belə ki, İtaliyada bir nəfər virusdan həyatını itirib.

SPACE TV “bbc.com”a istinadən xəbər verir ki, İtaliyada həyatını itirən 78 yaşlı şəxs koronavirus testləri müsbət çıxan 2 nəfərdən biri idi. O, 10 gündür xəstəxanada müalicə alırdı. Ölkənin cənubunda daha 17 nəfərdə virus olduğu təsdiqlənib. Brüsseldə AVropa Birliyi Liderlər Zİrvəsində çıxış edən İtaliya prezidenti bildirib ki, yoluxmaların artmasına baxmayaraq, vəziyyət nəzarət altındadır və bir planımız var.

Eyni zamanda, İrandan sonra virus İsrail və Livana da sıçrayıb. Hər iki ölkədə ilk dəfə olaraq koronavirus aşkarlanıb. İrandan Livana gedən bir qadında virus aşkarlandığı, qadının Beyrutda karantinə alındığı bildirilib. İsrail Səhiyyə Nazirliyi isə Yaponiyada 14 gün karantində qalan sərnişin gəmisindən təxliyə edilib İsrailə qayıdan bir qadında virus aşkarlandığı barədə məlumat yayıb. Sərnişin gəmisindən təxliyə edilən digər 10 nəfər də isə virus tapılmayıb.

İranda isə koronavirus səbəbindən ölənlərin sayı artmaqdadır. Paytaxt Tehrandan başqa, Qum və Gilan kimi şəhərlərdə də yoluxma halı qeydə alınıb. İraq koronavirus səbəbi ilə İran vətəndaşları üçün bütün sərhədləri 3 gün müddətinə bağlayıb.

Çin xaricində ən çox yoluxmanın qeydə alındığı Cənubi Koreyada virusdan bir nəfər də həyatını itirib. Ölkənin 2 şəhərindəki bəzi əsgərlərdə virus aşkarlandığı üçün hərbi bazalar bağlanılıb.

Paylaş

 Xəbəriniz olsun