Koronavirusda ŞAD XƏBƏR: Virusu orqanizmə girməyə qoymayan dərman hazırlandı – “Normal həyata qayıda bilərsiniz”

  • SpaceTV
  • 16 May 2020 10:05

Kaliforniya mərkəzli “Sorrento Therapeutics” adlı firma “COVİD-19” virusuna qarşı antikor tapdıqlarını açıqlayıb.

SPACE TV xəbər verir ki, bu barədə “Fox News”da xəbər yer alıb. Firma kəşf etdikləri “STI-1499” adlı antikorun koronavirusu 100% məhv etdiyini bildirib. Sözügedən antikor müalicəsinin koronavirus peyvəndindən aylar əvvəl mümkün ola biləcəyi vurğulanıb.

Firmanın rəhbəri, həkim Anri Ci kəşf etdikləri antikor ilə bağlı qeyd edib:

“Müalicənin olduğunu və 100% işə yaradığını bildirmək istəyirik. Vücudunuzda antikor varsa, sosial məsafəyə ehtiyac yoxdur. Qormadan həyatı normala qaytara bilərsiniz”.

Anri Ci çalışma müddətində 10 ildir topladıqları milyardlarla antikoru test etdiklərini və aralarında uyğun olan antikorun “COVİD-19” virusuna qarşı müdafiə göstərdiyini, hətta virusun bədənə girişini əngəllədiyini deyib. Sözügedən antikorların içində özəlliklə birinin virusun sağlam hüceyrələrə yoluxmasına 100% mane olduuğunun fərqinə vardıqlarını deyən Anri Ci əlavə edib:

“Antikor bir virusun vücuda girişini əngəllədiyizaman o virus həyatda qala bilməz. Hüceyrəyə girə bilməsələr çoxala bilməzlər. Sonda virus məhv olar”.

“Covi-Shield” olaraq adlandırılan maddə 3 fərqli antikordan ibarətdir. Əgər ABŞ “Qida və Dərman İdarəsi” (FDA) qəbul edərsə, ilk mərhələdə koronavirus xəstələri və işə qayıdan insanlarda test ediləcək.

Eyni zamanda bəzi mütəxəssislər bu nəticəyə şübhə ilə yanaşaraq bu qədər qısa zamanda 100% nəticə əldə edilməsini mümkünsüz adlandırıblar.

Paylaş

 Xəbəriniz olsun