Koronavirusda ŞAD XƏBƏR: Bu ölkə epidemiyaya qalib gəldiyini rəsmən açıqladı

  • Space TV
  • 27 Aprel 2020 14:03

Yeni Zellandiya Baş naziri Jakinda Ardern koronavirus epidemiyasının yayılmasının qarşısını aldıqlarını və “mübarizəni qazandıqlarını” açıqlayıb.

SPACE TV xəbər verir ki, epidemiyanın ilk günlərindən etibarən ölkə sərhədlərini bağlayan və sərt tədbirlər alan 5 milyon əhalisi olan Yeni Zellandiyada artıq səhiyyə xidmətləri və təhsil sahəsindəki qadağalar aradan götürülür. Hökümətin açıqlamasına görə, tələbələrin çoxu hələki evdə qalacaq, alış-veriş mərkəzləri açılmayacaq və insanların bir yerə yığılması qadağan olaraq qalacaq.

Qeyd edək ki, Yeni Zellandiyada 1469 nəfərdə koronavirus aşkarlanıb, 19 nəfər isə ölüb.

Paylaş

 Xəbəriniz olsun