Koronavirusa yoluxmuş Berluskoni evə buraxıldı

  • Space TV
  • 14 Sentyabr 2020 16:56

Koronavirusa yoluxmuş İtaliyanın keçmiş baş naziri və “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni sentyabrın 3-dən müalicə olunduğu Milanın “San Raffaele” hospitalından evə buraxılıb.

Spacetv.az xəbər verri ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

83 yaşlı siyasətçi xəstəliyin onun üçün həyatında ən çətin sınaq olduğunu açıqlayıb. S.Berluskoni ona dəstək olan siyasətçilərə minnətdarlığını bildirib, həmçinin bütün italiyalıları sosial məsuliyyət göstərməyə çağırıb.

Paylaş

 Xəbəriniz olsun