Koronavirusa yoluxanların yarısından çoxu sağalıb, ölüm faizi çox aşağıdır – Statistika

  • Space TV
  • 11 Mart 2020 11:13

“Covid-19” olaraq adlandırılan yeni növ koronavirus dünyanın 100-dən çox ölkəsinə sıçramış vəziyyətdədir. Son statistikalara görə, bu virusa yoluxmuş insanların 3,4%-i ölüb, 56%-i isə sağalıb.

SPACE TV  xəbər verir ki, virusun yayılmağa başladığı Çində virusa yoluxan 80 min xəstənin 64 mini sağalmışdır. Virusdan ölən insan sayı isə 4 mindən çoxdur. Peyvəndin yaradılmasına dair çalışmalar davam edərkən, xəstəliyin simptomlarına qarşı müalicələr əksər hallarda uğurlu olmuşdur.

Virusun əsas simptomları qızdırma, öskürək və nəfəs çatışmazlığıdır.

Paylaş

 Xəbəriniz olsun