Koronavirusa yoluxanların sayı yarım milyona çatacaq

  • Space TV
  • 10 Fevral 2020 13:57

Koronavirusun dünyada yayılması fevralın ikinci yarısında özünün pik həddinə çatacaq.

SPACE TV xəbər verir ki, bunu London Gigiyena və Tropik Xəstəliklərin Tədqiqatı Məktəbinin tədqiqatçısı Adam Kuxarski deyib.

“Situasiya kifayət qədər qeyri-müəyyəndir, ona görə də dəqiq tarix söyləmək çətindir. Güman etmək olar ki, Uhanda koronavirusa yoluxanlar əhalinin 5%-ni, yəni 500 min nəfərini təşkil edəcək. Bu isə koronavirus üçün pik hədd olacaq”, – deyə o bildirib.

Paylaş

 Xəbəriniz olsun