Koronavirusa yoluxanların sayı 8,5 milyonu ötdü

  • Space TV
  • 19 İyun 2020 10:12

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 8 milyon 516 min 324 nəfərə çatıb.

SPACE TV xəbər verir ki, pandemiya qurbanlarının sayı 453 min 578 nəfərdir.

İndiyədək 4 milyon 488 min 974 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Koronavirus 213 ölkədə qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun