Koronavirusa yoluxan Rüştü Rəcbərin vəziyyəti ağırdır

  • SpaceTV
  • 1 Aprel 2020 10:51

Futbol üzrə Türkiyə milli komandasının keçmiş qapıçısı Rüştü Rəcbərin COVID-19 virusuna yoluxduğunu xəbər vermişdik.

SPACE TV  xəbər verir ki, onun vəziyyəti kritikdir.

Ötən gün qapıçının həyat yoldaşı İşıl Rəcbər özünün sosial şəbəkə səhifəsində tibb bacısı vasitəsilə Rüştü Rəcbərə ünvanladığı səsli mesajı paylaşıb.

Həyat yoldaşı Rüştünün virusa qalib gələcəyinə inandığını, onu sağlam həyata qaytarmağa çalışan tibb işçilərinə güvəndiyini bildirib.

Paylaş

 Xəbəriniz olsun