Koronavirusa yoluxan müğənni: “Elə bildim, qripəm…”

  • SpaceTV
  • 6 Aprel 2020 15:59

18 gündür evdə karantində olan türkiyəli müğənni Esra Balamir bu müddətdə başına gələnləri danışıb.

“Kanal D”də yayımlanan “Neler oluyor hayatta” verilişinin canlı yayımına bağlanan Balamir koronavirusla bağlı izləyiciləri maraqlandıran suallara aydınlıq gətirib.

Onun dediyinə görə, əvvəlcə qrip olduğunu sanıb:

“İki-üç gün qızdırmam oldu. Testim pozitiv çıxdı. Amma öskürmə olmadı. Sadəcə, hərarət və burun tutulması, arada da baş ağrısı”.

Müğənni tibb işçilərinin onunla maraqlandığını, dərmanlarını evinə gətirdiklərini, hər beş gündən bir yenidən test edilməli olduğunu deyib.

Bu aralar heç kimlə ünsiyyət saxlamayan, evə də kimsəni çağırmamasına rəğmən, virusa yoluxduğunu bildirən müğənni insanların bu qədər rahat olmasına təəccüblənir.

O, vəziyyətinin getdikcə yaxşılaşdığını qeyd edib və iki gün sonra verəcəyi testin mənfi nəticə göstərəcəyinə ümid etdiyini bildirib.

Paylaş

 Xəbəriniz olsun