Koronavirusa yoluxan futbolçu: “Gözlərimlə görənə qədər inanmırdım”

  • SpaceTV
  • 19 May 2020 13:30

Kazanın “Rubin” klubunun koronavirusa yoluxmuş futbolçusu Konstantin Pliyev Şimali Osetiyada xəstəliklə bağlı vəziyyətdən danışıb.

Bu barədə “Biznes Online” məlumat yayıb.

O qeyd edib ki, Şimali Osetiyada vəziyyət o qədər ciddidir ki, artıq xəstəxanalarda çarpayılar çatışmır.

“Düzünü desəm, gözlərimlə görənə qədər koronavirusun varlığına inanmırdım. Tanışlarım və yaxın qohumların xəstəxanaya düşdülər və xəstəliyin ağciyərlərini necə dağıtmasından danışdılar”, – deyə futbolçu bildirib.

Paylaş

 Xəbəriniz olsun