Koronavirusa yoluxan deputat sağaldı: Nə etdiyini AÇIQLADI

  • Space TV
  • 11 Mart 2020 15:09

İranın millət vəkili Zöhrə İlahiyan koronavirusa qalib gəlməyi bacarıb.

SPACE TV  xəbər verir ki, koronavirus testi pozitiv çıxan deputat xəstəxanada müalicə aldıqdan sonra dövlət televiziyasından sağaldığı xəbərini paylaşıb. Özü də həkim olan Zöhrə İlahiyan tədbir görülməsi halında bu virusdan qorxmaq lazım olmadığını bildirərək deyib:

“Məcbur olmadıqca səyahət etməyin, əllərinizi tez-tez yuyun və əllərinizlə üzünüzə toxunmayın”.

Qeyd edək ki, Zöhrə İlahiyanın koronavirus testinin pozitiv çıxdığı martın 5-də açıqlanmışdı və o karantinə alınmışdı.

Paylaş

 Xəbəriniz olsun