Koronavirusa yoluxan ABŞ konqresmeni vəfat edib

  • Space TV
  • 9 Fevral 2021 10:44

Koronavirusa yoluxan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ron Rayt vəfat edib.

Bu barədə “The Hill” nəşri məlumat yayıb.

“Konqresmen Ron Rayt 67 yaşında vəfat edib”, – parlamentin aşağı palata üzvünün nümayəndələri tərəfindən yayılan bəyanatda bildirilib.

Qeyd edək ki, Raytın COVID-19 virusuna yoluxması yanvarın sonlarında təsdiqlənib. Konqresmen həm də xərçəng xəstəliyindən əziyyət çəkib.

Paylaş

 Xəbəriniz olsun