Koronavirusa təkrar yoluxan şəxs üzərində araşdırma qorxulu faktı üzə çıxardı

  • Space TV
  • 1 Sentyabr 2020 15:34

ABŞ-da yeni tip koronavirusa iki dəfə yoluxan şəxsi yoluxduran virusların genetik düzülüşünün fərqli olduğu müəyyən edilib.

Spacetv.az xəbər verir ki, bu barədə “The Lancet” jurnalında məqalə dərc olunub.

Nəşr qeyd edir ki, Nevadanın Reno şəhərində 25 yaşlı gənc əvvəlcə aprel ayında, daha sonra isə may ayında koronavirusa yoluxub.

Mütəxəssislər xəstədən iki ayrı infeksiya zamanı götürülən virusun genetik düzülüşünü araşdırıb və virusların bir-birindən fərqli olduğunu müəyyən ediblər.

Alimlər həmçinin xəstəliyə ikinci dəfə yoluxan şəxsin koronavirusu ilkindən daha ağır keçirmə ehtimalının yüksək olduğunu ortaya qoyublar.

Paylaş

 Xəbəriniz olsun