Koronavirusa qarşı mübarizə

  • Space TV
  • 29 Fevral 2020 11:06

Dəmir yolu ərazisindəki bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır. Dəmir yolu insanların kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğundan burada sanitar-epidemioloji tədbirlər  daha da gücləndirilib. sanitar-gigiyenik  norma və qaydalara, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Ölkədaxili və beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda lazımi tədbirlər görülür.

Bununla  yanaşı bütün sərnişin qatarlarının vaqonları tibbi qutularla, bələdçi heyəti qoruyucu maska və əlcəklə təmin olunub.  Qeyd edək ki, Dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə sərnişinlər ümumi gigiyena qaydaları barədə müntəzəm məlumatlandırılır.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun