Koronavirusa qarşı anticismləri olan uşaq dünyaya gəldi

  • Space TV
  • 19 Yanvar 2021 10:08

Bolqarıstanlı qadın COVID-19-a qarşı anticismləri olan uşaq dünyaya gətirib.

Bu barədə Bolqarıstan Milli Radiosu (BNR) xəbər verir.

Bildirilir ki, Pazarcik şəhərinin 28 yaşlı sakini hamiləlik zamanı hərarət və öskürəklə xəstəxanaya yerləşdirilib. Analizlər onun koronavirusa yoluxduğunu göstərib.

Virus plasentada dəyişikliklərə səbəb olduğu və dölün inkişafını ləngitdiyindən həkimlərin qərarı ilə qadın qeysəriyyə əməliyyatı olunub.

Körpə də testdən keçib. Məlum olub ki, onun orqanizmində koronavirusa qarşı anticismlər var.

Uşağın vəziyyətinin yaxşı olduğu deyilir. Tezliklə o, anası ilə birlikdə evə buraxılacaq.

Paylaş

 Xəbəriniz olsun