Yeni növ koronavirusla mübarizə üçün dünyanın bir çox ölkələri əsasən sosial məsafə tədbirləri alırlar.
SPACE TV koronavirusa qarşı qeyri-adi tədbir alan ölkələri təqdim edir:
1) Panama – Minə yaxın yoluxmanın görüldüyü Latın Amerikası ölkəsində cinsiyyətə dair tədbirlər alınıb: Kişi və qadınlar eyni anda küçədə ola bilməz. Belə ki, qadınlar və kişilər sadəcə 2 saatlıq müddətdə və fərqli saatlarda küçəyə çıxa bilərlər. Bazar günləri isə ümumiyyətlə heç kim evdən çıxa bilməz.
2) Kolumbiya – ölkənin bəzi qəsəbələrində insanlar şəxsiyyət vəsiqəsinin son rəqəminə görə küçəyə çıxa bilirlər. Məsələn, Barrankabermeja adlanan qəsəbədə vəsiqə nömrəsi 0, 7 və 4 ilə bitənlər bazarertəsi günü, 1, 8 və 5 ilə bitənlər isə çərşənbə günü küçəyə çıxa bilərlər.
Buna oxşar tətbiq daha bir Cənubi Amerika ölkəsi Boliviyada da var.
3) Serbiya – hökümət itləri gəzdirmək üçün 20:00-21:00 arası müddət müəyyən etmişdi. Lakin it sahiblərinin aksiyasından sonra bu tətbiq aradan qaldırıldı.
4) Belarus – ölkə lideri Aleksandr Lukaşenko ölkədə sosial məsafə önləmləri almayıb. Həmçinin ölkə futbol matçlarının dayandırılmadığı yeganə Avropa ölkəsidir. Hətta Lukaşenko özü bu günlərdə hokkey matçına qatılmışdı.
5) İsveç – ölkədə 5 minə yaxın yoluxma halı qeydə alınıb. Buna baxmayaraq, o qədər də ciddi tədbirlər görülməyən ölkələrdəndir. Hökümət vətəndaşlarının məntiqli davranacağına güvənir və karantin rejimi elan edilməsə də insanların doğru davranacağını ümid edir.
Ölkədə 50-dən çox insanın bir yerə toplaşması qadağan edilib, 16 yaşından kiçik uşaqla üçün məktəblər isə hələ də açıqdır.
6) Malayziya – burada hökümət qəribə bir tövsiyə verib. Belə ki, qadınlara “evdə geyinmələri, makyaj etmələri və ərlərini çox danışaraq narahat etməmələri” tövsiyə edlib. Tənqidlərin ardından tövsiyənin yer aldığı posterlər qaldırılıb.
7) Türkmənistan – ölkədə “koronavirus” kəlməsi qadağan edilib. Hətta virusdan qorunma ilə bağlı yayımlanan xəbər və məlumatlandırmalarda da bu kəlmə istifadə edilmir. Bu barədə danışan insanların da polis tərəfindən saxlanıldığı bildirilir.
8) Avstriya – Ümumdünya Səhiyyə Təşkilatı xəstələrə baxmayan insanların maska taxmasının vacib olmadığını bildirsə də, Avstriyada marketlərdə maska taxmaq məcburi elan edilib.
Həmçinin Çexiya, Slovakiya və Bosniya-Hersoqavina kimi Avropa ölkələrində də eyni qayda mövcuddur.