Koronavirusa görə tikilən 2-ci xəstəxana istifadəyə verildi

  • Space TV
  • 8 Fevral 2020 18:57

Çinin Uhan şəhərində koronavirusun müalicəsi üçün tikilən ikinci ixtisaslaşdırılmış xəstəxana istifadəyə verilib.

SPACE TV “RİA Novosti”yə istinadən xəbər verir ki, “Leyşnşan” xəstəxanası qısa müddətə inşa edilib.

Tibb işçilərinin ilk qrupu artıq əraziyə çatıblar və onlar bu gün köçürülməsi gözlənilən xəstələri qəbul etməyə hazırlaşırlar. Yalnız diaqnozu təsdiqlənən xəstələr burada yerləşəcəklər.

Xəstəxana 79 min kvadratmetr ərazidə yerləşir, böyük hissəsi xəstələr üçün ayrılıb. Ərazidəki 10 bina tibb işçiləri və maddi-texniki təminat üçün nəzərdə tutulub. Ümumilikdə, tibb işçiləri üçün hər birinə 6 nəfərin yerləşəcəyi 264 otaq hazırlanıb.

Xəstəxanada 1500 yataq yerləşdirilib, iki minə yaxın tibb işçisi orada xidmət edəcək.

Paylaş

 Xəbəriniz olsun