Koronavirusa görə Cəlilabadda xəstəxanaya 29 nəfər yerləşdirilidi – RƏSMİ

  • SpaceTV
  • 26 Fevral 2020 15:43

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına bu gün həkim müayinəsi üçün 29 nəfər daxil olub.

SPACE TV  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb

Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə, 52 nəfərdən 2-nin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanmamağı xahiş edir.

Paylaş

 Xəbəriniz olsun