Koronavirus xəstəsi Azərbaycana necə gəlib? – RƏSMİ AÇIQLAMA

  • SpaceTV
  • 27 Fevral 2020 11:23

Gürcüstanda koronavirusa yoluxduğu deyilən şəxs İrandan Azərbaycana qanuni daşıma olmayan mikroavtobusla gəlib.

SPACE TV xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi Azərbaycan ərazisində hər hansı müntəzəm marşrut xətlərindən istifadə etməyib:

“Mikroavtobus Gürcüstana keçən zaman sərhəddə xəstəlik təşhis olunub”.

Qeyd edək ki, Gürcüstan mediası Marneuli sakini olan şəxsin yanında daha bir neçə nəfər də olduğunu və onların Azərbaycanda karantində saxlanıldığını bildirib. Marneuli sakininin yol yoldaşı isə Tbilisidə xəstəxanaya yerləşdirilsə də, onda koronavirus tapılmayıb.

Paylaş

 Xəbəriniz olsun