Koronavirus xəstələrinin müalicə olunduğu xəstəxana yandı: Səkkiz ölü

  • SpaceTV
  • 7 Avqust 2020 10:31

Hindistanın Qərbindəki Qucarat əyalətində COVID-19 xəstələrinin müalicə edildiyi xəstəxanada yanğın baş verib.

Spacetv.az “Haber Global”a istinadən xəbər verir ki, yanğın zamanı səkkiz nəfər həlak olub.

Yanğın səhər saatlarında baş verib. Xəstəxanadakı 45 xəstə digər bir tibb məntəqəsinə köçürülüb.

Yanğına səbəb kimi naqillərdə yaranan qısa qapanma göstərilib.

Paylaş

 Xəbəriniz olsun