Koronavirus vaksinasiyasında uğursuzluq: Vurulanlarda HİV aşkarlanır

  • Space TV
  • 11 Dekabr 2020 11:30

Avstraliyada koronavirusa qarşı “UQ-CSL v451” peyvəndi vurduranlarda HİV testinin cavabı müsbət çıxıb, halbuki peyvənddən əvvəl testdən mənfi cavab alınmışdı. Nəticədə, sınaqlar dayandırılıb.

TASS-ın məlumatına görə, bu barədə Kvinslend Universiteti (Avstraliya) və CSL Limited biotexnologiya şirkəti birgə bəyanat yayıb.

Bildirilir ki, bir neçə iştirakçıda vaksin testlərinin cavabı yanlış çıxıb.

“Kvinslend Universiteti və CSL şirkəti Avstraliya hökuməti ilə məsləhətləşmələrdən sonra elan edir ki, “UQ-CSL v451” peyvəndi II və III mərhələdə sınaqlara davam etməyəcək, çünki immunitetin dərmanın komponentlərindən birinə olan reaksiyası HİV testləri zamanı müəyyən əngəllər yaradır”, – deyə açıqlamada vurğulanıb.

Uğursuz sınaqların ilkin mərhələsindən sonra Avstraliya Milli Təhlükəsizlik Komitəsi “UQ-CSL v451” peyvəndinin hökumətin pandemiya strategiyasından xaric edilməsinə qərar verib.

Paylaş

 Xəbəriniz olsun