Koronavirus Ukraynaya da çatdı

  • Space TV
  • 3 Mart 2020 16:43

Ukraynada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

TASS agentliyinin xəbərinə görə, bu barədə Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko məlumat verib.

Xüsusi brifinqdə çıxış edən V.Lyaşko bildirib ki, koronavirusa yoluxan şəxs İtaliyadan Rumıniyaya, oradan isə avtomobillə Ukraynaya gəlib. 

V.Lyaşko qeyd edib ki, həmin şəxslə birlikdə səyahət edən adamlar da karantinə alınıb. 

Paylaş

 Xəbəriniz olsun