Koronavirus ticarət birjasında qiymətləri “vurdu”

  • Space TV
  • 3 Fevral 2020 14:01

Çində koronavirus səbəbi ilə ticarət birjasında qiymətlər düşüb.

“RİA Novosti”nin xəbərinə görə, Yeni il tətilindən sonra ilk olaraq Çin birjaları koronavirusun yayılması ilə bağlı əsas indekslərin 8 faizdən çox ucuzlaşması ilə açılıb.

Çində Şanxay fond birjası “Shanghai Composite” 8,07% – 2736,28 bəndədək, “Shenzhen Component” isə 8,54% – 9769.91 bəndədək enib .

Qeyd edək ki, son məlumata görə, koronavirusdan ölənlərin sayı 361-ə çatıb, 17 205 nəfər isə bu virusa yoluxub.

Paylaş

 Xəbəriniz olsun