Koronavirus təkzib edildi: Azərbaycanlı həkimin səhvi imiş

  • Space TV
  • 1 Fevral 2020 14:56

İstanbul Universitetinin Tibb fakültəsinin xəstəxanasına yüksək hərarətlə yerləşdirilən 6 yaşlı çinli uşaqda koronavirus şübhəsinin olması Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən təkzib edilib.

SPACE TV xəbər verir ki, hadisəyə səbəb azərbaycanlı qadın həkimin kompüterdə buraxdığı səhv olub.

Məlumatda bildirilib ki, azərbaycanlı həkim köməkçisi xəstəxananın qeydiyyat sisteminə “Ön diaqnoz” yerinə “Dəqiq diaqnoz: Koronavirus” deyə qeyd edib.

Halbuki xəstənin üzərində edilən ilk testin nəticəsi neqativ çıxıb. (report)

Paylaş

 Xəbəriniz olsun