Koronavirus şübhəsi ilə karantinə alınan millimizin üzvü barədə son məlumat

  • SpaceTV
  • 3 Aprel 2020 14:20

Qadın voleybolçulardan ibarət millimizin üzvü Yuliya Kərimova karantindən evə buraxılıb.

SPACE TV-ın xəbərinə görə, 35 yaşlı voleybolçuda koronavirus tapılmadığından, karantində qalmasına ehtiyac olmayıb.

Xatırladaq ki, Yuliya İsrailin Hayfa şəhərindən gəldikdən sonra karantinə alınıb.

Qeyd edək ki, ukraynalı legionerimiz olan Yuliya Kərimova 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları zamanı milli komandamızda çıxış edib. O, əvvəlcə çimərlik voleybolu üzrə millimizin üzvü olub.

Paylaş

 Xəbəriniz olsun