Koronavirus səbəbindən Avropada hava təmizlənməyə davam edir

  • SpaceTV
  • 30 Mart 2020 10:51

Koronavirus pandemiyasına görə bütün Avropa xəstəliyə yoluxma təhlükəsi ilə üz-üzə qalıb. Bu səbəbdən sərhədlər bağlanıb, müəssisələr işləmir, turist axını müşahidə edilmir, sıravi avropalılar isə evdə qalmağa məcburdurlar.

“Yevropeyskaya pravda” xəbər verir ki, bu məhdudiyyətlər Avropanın ekoloji durumuna müsbət təsir göstərir, çünki bir çox şəhərlərdə hava təmizlənməyə davam edir.

“Copernicus Sentinel-5P satellit” peyki tərəfindən çəkilən şəkillər buna əyani sübutdur.

Şəkillərdə ötən ilin mart ayı ilə müqayisədə karantin dövründə bir çox Avropa paytaxtında nitrogen oksidinin azalması əks olunur.

Müsbət dəyişikliklər əsasən Paris, Milan və Madrid kimi iri şəhərlərdə müşahidə olunur.

Paylaş

 Xəbəriniz olsun