Koronavirus qripin bir növüdür, həyat üçün təqdim olunduğu kimi də təhlükəli deyil…

  • Space TV
  • 29 Fevral 2020 15:13

Koronavirus. Son günlər dünyada ən çox işlədilən  bu söz elə Azərbaycanda da gündəmi zəbt etdi. Çində yaranan və dünyanın bir sıra ölkələrində,  eyni zamanda artıq Azərbaycanda da movcudluğu təsdiqlənən koronavirus bir çox insanı qorxuya salıb. Ümumiyyətlə koronavirus nədir? Koronavirus qripin bir növüdür. Lakin həyat üçün deyildiyi qədər təhlükəli deyil. Bu virusdan ölənlərin sayı adi qripdən, müxtəlif xəstəliklərdən,. ölənlərin sayı ilə müqayisə oluna bilər.

Yəni  koronavirusa yoluxanlar arasında ölüm hallarının faiz nisbəti digər xəstəliklərdən ölümdən heç də üstün deyil.

Ölkəmizdə  bu infeksiyanın yayılmasının qarşısının alınması və xəstəliyə yoluxanların müalicəsi ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib və bu tədbirlərin keçirilməsi davam edir.

Mütəxəssislər deyir ki, səhhətində narahatlıq hiss edənlər dərhal həkim muayinəsindən keçməlidir. İnsanlar sosial mediada yayılan və həqiqəti əks etdirməyən xəbərlərə inanmamalı, yalnız rəsmi mənbələrin məlumatlarını əsas götürməlidirlər və həqiqətə uyğun olmayan, insanların narahatlığına səbəb olacaq məlumatlar verməməlidirlər.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun