Koronavirus qadının həyatını xilas etdi

  • Space TV
  • 5 Fevral 2020 11:06

Çində bir qadın koronavirusa yoluxduğunu deməklə evinə zorla girən kişinin təcavüzündən qurtulub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, hadisə Uhan şəhərindən üç saatlıq məsafədə yerləşən Jinqşanda baş verib. Evdə tək qalan Yinin yataq otağına girən 25 yaşlı Xiao qıza təcavüz etmək istəyib.

Qadın həmin vaxt “Uhandan təzə gəlmişəm, koronavirusa yoluxmuşam. Buna görə evdə təkəm və özümə karantin tətbiq etmişəm”, – deyə bildirib.

Bundan qorxan təcavüzkar hadisə yerindən qaçıb.

Yi polisə şikayət etsə də, ərazidə hər kəsin virusdan qorunmaq üçün maska taxdığığına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları kişini tapmaqda çətinlik çəkiblər.

Həmin şəxs sonra atası ilə birlikdə polisə gedərək təqsirini etiraf edib. O, qarət və təcavüzə cəhddə təqsirli bilinib.

Paylaş

 Xəbəriniz olsun