Koronavirus peyvəndinin qiyməti ilə bağlı – Açıqlama

  • Space TV
  • 17 İyun 2020 15:50

Oksford Universiteti tərəfindən inkişaf və “AstraZeneca” şirkəti tərəfindən istehsalı planlaşdırılan koronavirus peyvəndi barədə detallar açıqlanıb.

SPACE TV xəbər verir ki ,Avropa İttifaqı hökumətləri “AstraZeneca” şirkətinə 300 milyon doza koronavirus peyvəndi üçün 750 milyon avro ödəyəcək. Bir doza peyvənd üçün qiymət 2.5 avro (4.78 manat) təşkil edəcək. İndidən bir çox ölkə və şirkətlər peyvəndə ciddi maraq göstərib.

“AZD1222” vaksininin təsir müddətinin 1 il olduğu və mövsümi olaraq istifadə oluna biləcəyi bildirilib.

Hazırda Böyük Britaniyada sınaqların sonuncu mərhələsində olan peyvəndin əvvəlki sınaq mərhələləri Braziliya və ABŞ tərəfindən təsdiqlənib. Sonuncu mərhələnin avqust ayında başa çatacağı, satışların və çatdırılmanın ilk növbəsinin isə sentyabr-oktyabr ayında başlanacağı gözlənilir.

2020-ci ilin sonuna qədər peyvəndin 2,1 milyard tək istifadəlik dozasının istehsal edilməsi hədəf qoyulub.

Paylaş

 Xəbəriniz olsun