Koronavirus peyvəndinə əks göstərişlər açıqlanıb

  • Space TV
  • 21 Avqust 2020 11:09

Yüksək temperatur və spirtli içki qəbulu koronavirus infeksiyasından vaksinasiya üçün əks göstərişdir.

“Sputnik”in verdiyi məlumata görə, bu barədə rusiyalı həkim immunoloq Vladislav Jemçuqov  bəyan edib.

Onun sözlərinə görə, məhdudiyyətlər qrip vaksinasiyasındakı kimidir.

“Peyvənd elə reaksiya verə bilər ki, insan üçün yaxşı olmaz. Düşünürəm ki, vaksinasiyaya 10-12 saat, hətta bir gün qalmış içmək olmaz. Bu müddət insanın qara ciyərinin fəaliyyətindən asılıdır”.

O, bundan başqa preparatın saxlanılma şəraiti ilə də bağlı tövsiyələrini verib.

“Peyvəndin son istifadə tarixi soruşulmalı, soyuducunun saxlanc yerindəki temperaturuna baxılmalıdır. Soyuducuda temperatur müsbət dörd dərəcədən yüksək olmamalıdır”, – deyə həkim bildirib.

Paylaş

 Xəbəriniz olsun