Koronavirus pandemiyası dövrünü yaşayırıq

  • Space TV
  • 20 May 2020 10:41

Koronavirus. Bu ölümcül virus hələ də dünya ölkələrində yayılmaqda davam edir. Hələ də bu virusa yoluxanlar və ondan dünyasını dəyişənlərin xəbərlərini alırıq. Dünyada bu virusdan təxminən 320 mindən çox insan həyatını itirib. İtkilər çoxdur. Hələ 5 milyona yaxın insan isə virusla can çəkişir. Güclü iqtisadiyyata malik ölkələrin iqtisadiyyatı, turizmi virusun yayılması nəticəsində geri düşdü. Bu səbəbdən  əksər ölkələr iş yerlərini bağlamağa məcbur oldu. Demək olar ki, həyat dayandı.

virus əllərimizi düzgün yumaq qaydasından tutmuş sosial məsafəni qorumağa qədər çox şey barədə bizə dərs keçdi. Xüsusilə insanların sıx olduğu yerlərdə ictimai nəqliyyatda, marketdə, küçədə gəzərkən insanlarla aramıza sosial məsafə qoymağın vacibliyini dərk etdik.

Azərbaycanın virusla bağlı itkiləri digər ölkələrlə müqayisədə  qabaqlayıcı tədbirlər nəticəsində bir qədər az oldu. Bəs əslində virus insanlara yaxşı mənada nəyi öyrətdi? 

Ortoped-travmatoloq Museyib Əhmədov qeyd etdi ki, xüsusi karantin rejimi dövründə travmatoloji zədə alan xəstələrin sayında azalma müşahidə olundu.

Bundan başqa koronavirus öyrətdi ki, şad və kədərli günlərimizi böyük şadlıq sarayları,  yas çadırları olmadan da eləcə də az bir zaman  içərisində  və çox vəsait xərcləmədən də  keçirə bilərik. Hətta bu dövrdə müəllimlər dərsləri online şəkildə evdən tədris etdilər.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov bildirdi ki, xüsusi karantin rejimi dövründə yol qəzalarının da sayı azaldı.

Qlobal bir xəstəlik həyatın necə fani eləcə də fani olması qədər dəyərli olduğunu öyrətdi. Bu dövrdə 65 yaşdan yuxarı şəxslər də məhz sağlıqları üçün 55 gün evdə qaldılar. Nə qədər çətin olsa da… Sevdiklərimizə daha çox diqqət göstərdik, onlara virusdan necə qorunmaqları ilə bağlı məsləhətlər də verdik.Virus həm də doğmalarımızın  qədrini daha yaxşı bilməyi, onları itirməmək üçün çox şeyə qatlanmağın mümkünlüyünü öyrətdi. Hər bir halda virusun bitməsinə və əvvəlki həyat tərzimizə dönməyə ümid edək. Ancaq öyrəndiklərimizi unutmamaq şərtilə 

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun