Koronavirus pandemiyası dövründə küçə rəssamlığında da bir canlanma yaranıb.

  • Space TV
  • 22 Aprel 2020 14:46

Pandemiya ilə mübarizəyə dünyanın fərqli nöqtələrində yaşayan küçə rəssamları da reaksiya veriblər. Koronavirus mövzusunda bir-birindən fərqli, maraqlı əl işləri  yaradıblar.

Bu isə koronavirusun yayılması zamanı insanların əhval-ruhiyyəsini qaldırmaq üçün ürəklərlə örtülmüş ABŞ-ın bir küçəsindən görüntülərdir. Səssiz-küysüz, gülüş, qışqırıq səsləri gəlməyən boş qalmış küçələri insanların ayaq izləri deyil, ürəklər örtür. Görüntünü şərhsiz təqdim edirik. 

Seneqallı bir qrup graffiti sənətçisi, paytaxt Dakarda insanlara sosial məsafə və əsas gigiyena qaydalarına riayət etməyin vacibliyini xatırladır, Cümə axşamı lentə alınan görüntülərdə, on metrdən çox divarın üstündə sabun tutan nəhəng bir əllə, üz maskası geyən qadın təsvirləri divarları bəzəyib.Martın 23-də Seneqal səhər saat 8-dən etibarən komendant saatı tətbiq edərək fövqəladə vəziyyət elan edib. Bu ölkədə koronavirusa 400-dən çox yoluxma, 5 ölüm hadisəsi qeydə alınıb. 

İngiltərədə yaşayan 4 nəfərdən ibarət bir ailənin gənc sakinləri bacılar Arabella və Matilda  isə evlərinin hər kərpicini rəngləyib.Hər kərpici bir rəngə boyanan ev sanki göyqurşağını xatırladıb. Bu isə buradan keçən insanların marağına və əhval-ruhiyyələrinin yüksəlməsinə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatının ən son məlumatlarına əsasən, bütün dünyada koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşmaqdadır, ölənlərin sayı isə 177 mini ötüb.  

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun