Koronavirus niyə ölkəyə görə fərqlənir?

  • SpaceTV
  • 18 Aprel 2020 12:17

Koronavirusa yoluxanların və ölənlərin sayı sürətlə artmağa davam edir. Bütün dünyanı ağuşuna alan bu virusa yoluxanların sayı 2 milyonu ötüb.  Virusun qurbanlarının sayı isə 140 minə yaxındır.

Pandemiyanın tüğyan etdiyi bir dövrdə qardaş türkiyədə də vəziyyət ürəkaçan deyil. Bu ölkə yoluxma sayına görə artıq 9-cu yerdədir.Yoluxma halları mart ayının ortalarından müşahidə olunsa  da rəqəmlər  tez bir zamanda yüksəldi. Bu isə təsadüf deyil.

Koronavirusun mutasiyaya uğraması onun genetikasında  müəyyən dəyişikliklərə səbəb olur. Nəticədə virusun A,B və C tipləri ortaya çıxıb.

Hələ də peyvəndi tapılmayan və günü – gündən coğrafiyasını genişləndirən virus haqqında alimlər yeni məlumatlar ortaya qoyublar.  Elm adamlarının  fikrincə virusun hər ölkədə özünü  fərqli simptomlarla göstərməsi, yoluxma və ölüm sayının kəskin fərqli olması Covid 19 –un mutasiyaya uğrayan  formaları ilə bağlıdır.

Eyni zamanda Covid 19 –un növlərinə görə simptomları da fərqlidir. Məsələn,İspaniya və İtaliyada  koronavirusla əlaqədar xəstəxanaya gətirilən hər beş italiyalıdan birinin dərisində səpgilər müşahidə olunub. Əksər hallarda bu simptom uşaqlarda və yeniyetmələrdə aşkarlanıb. Səpgilər qızılca xəstələyinin yaratdığı qırmızı səpgilərə bənzəyir. Onlar, adətən, ayaq barmaqlarında müşahidə olunur.

Professor həmçinin qeyd etdi ki,izolyasiya tədbirlərinə riayət etməklə özümüzü,ailəmizi və ölkəmizi qorumalıyıq.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun