Koronovirus xəsətəliyinə qarşı bölgələrdə də, dizinfeksiya işləri aparılır..Mart ayının 3-dən başlayaraq təhsil müəssələri ilə yanaşı bütün idarə və təşkilatlarda dizinfeksiya işlərinə start verilib. Artıq dezinfeksiya işləri şəhər ərazisində insanların daha çox gəlib-getdiyi ticarət və ictimi iaşə obyektlərində aparılır. Gündə iki dəfə olmaqla ticarət mərəki ərazisində dezinfeksiya işləri həyata keçirilir.
Bayram ərəfəsində insanların sıxlığı nəzərə alınaraq ticarət mərkəzinin bütün mərtəbələri daha çox axşam saat 18:00-dan sonra dezinfeksiya edilir. Qeyd edək ki, koronavirusa qarşı şəhərin bir çox ərazilərində dezinfeksiya işləri aparılıb. Bu profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.
Təyyar Nəsirli SPACE TV