Koronavirus Hindistana çatdı

  • Space TV
  • 30 Yanvar 2020 14:56

Hindistanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.

SPACE TV bildirir ki, bu, Kerala ştatında baş verib. Burada Uxan universitetində təhsil alan tələbənin virusa yoluxduğu təsdiq edilib. O, nəzarət altına alıb, vəziyyətinin sabit olduğu deyilir.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 170 nəfərə çatıb, yoluxanların sayı isə 77 mini keçib. Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun