Koronavirus eşitmənin itirilməsinə səbəb ola bilər?

  • Space TV
  • 3 Fevral 2021 17:23

Koronavirus keçirənlər tez-tez özlərində ağır xəstəliyin fəsadlarını hiss edirlər. Məlum olduğu kimi, COVID-19 yalnız ağciyərə təsir etmir, həm də digər orqanların fəaliyyətində fəsadlara səbəb olur. Həkimlər virusun hansı hallarda eşitmə orqanlarına təsir etdiyini dəqiq söyləməkdə çətinlik çəkirlər, ancaq xəstəliyi keçirənlərin infeksiyadan sonra eşitmə problemi yaşadığı hallara rast gəlinir.

Spacetv.az xəbər verir ki, həkim-otolorinqoloq Nərgiz Həsənli bu barədə Media.Az-a ətraflı danışıb.

“İnfeksiyadan sonra eşitmə iki səbəbdən pisləşə bilər. Birincisi, yuxarı tənəffüs yollarında katar olması səbəbindən baş verir. Bu, xüsusilə tənəffüs problemi olan, sinuslarda iltihabı olanlara aiddir. Bu cür xəstələrdə eustaxit, eustaxit borusunun funksiyasının pozulması yarana bilər.

Digər tərəfdən eşitmənin itirilməsindən sonra qulaqda küy yaranması mümkündür. Bu,eşitmə sinirinə təsir edir. Həmin hal xarakterik olmayan koronavirus əlamətidir və bir çox viral infeksiyanın ağırlaşması zamanı baş verir. Eşitmə ilə bağlı istənilən zədələnməni həkimə vaxtında müraciətlə bərpa etmək olar”, – deyə mütəxəssis bildirib.

Həkimin sözlərinə görə, koronavirus həm xəstəlik dövründə, həm də ondan sonra eşitmə pozulmasına səbəb ola bilər:

“Eyni şey digər orqanlara da aiddir. Virus ürəyi, qalxanabənzər vəzi və s.-ni zədələyə bilir. Buna görə postkovid dövründə müntəzəm müayinələrin aparılması çox vacibdir”.

Həkim qeyd edib ki, bütün dünyada COVID-19-u keçirənlərin ümumilikdə yalnız 10 % -də eşitmə problemi yaranıb.

Paylaş

 Xəbəriniz olsun