Koronavirus dünya iqtisadiyyatını belə çökdürdü: Gəlinliklərdən telefonlara qədər… – ARAŞDIRMA

  • SpaceTV
  • 27 Fevral 2020 11:26

ABŞ-da gəlinin toyuna 1 gün qalmış koronavirus səbəbindən gəlinliksiz qalacağını kim düşünə bilərdi? Lakin bu yaşandı və göstərdiki, virusun qlobal təsirləri geniş miqyaslıdır.

SPACE TV  xəbər verir ki, ingilis şirkəti “Capital Economics” virusun 2020-ci ilin ilk üç aydaki maliyyətini 280 milyon dollar olaraq təxmin edib. Müqayisə aparmalı olsaq, bu rəqəm Avropa Birliyinin illik büdcəsindən, “Microsoft” şirkətinin, ya da “Apple” şirkətinin illik gəlirindən, yaxud bir ölkə ilə müqayisə etsək, Nigeriyanın dövlət büdcəsindən 8 dəfə daha böyükdür.

Bunun səbəbi isə virusun yarandığı və virusdan ən çox zərər görən Çinin dünyanın ən böyük ikinci iqtisadiyyata sahib olmasıdır. Məsələn, kompüter, planşet, yaxud mobil telefonların ekranları məhz Çində istehsal edilir. Elektron cihazlardan başqa, koronavirusun mənfi təsirlərinin həyatımızın bütün sahələrinə təsir etmə ehtimalı mövcuddur.

Toya yetişə bilməyən gəlinliklər

ABŞ-da Marianna Bredi adlı bir qadın dekabr ayında Çikaqodakı gəlinlik mağazasına sifariş vermişdi. Hansı ki, bu gəlinlik Çindən gəlməli idi. Ümumiyyətlə, bütün dünyadakı gəlinliklərin 80%-i Çinin Suju şəhərində istehsal edilir. Lakin virus səbəbindən bu sektorda da istehsal dayandı, fabriklər bağlandı. Marianna Brediyə elektron məktub yazılaraq gəlinliyin əvvəlcə mart ayında, daha sonra isə iyulda çatdırılacağı deyilib. Gəlin hadisə barədə bunları deyib:

“Hər şeydən çox gəlinliyin Çində istehsal edilyi barədə heç bir fikrimin olmaması məni şok etdi. Hirsli deyiləm, sadəcə koronavirusun mənim kimi sıradan bir insanın həyatını bu şəkildə pozması məni heyrətləndirdi”.

Bredi toyu üçün ikinci əl gəlinlik alacağını bildirib.

Mobil telefon sıxıntısı başlayacaq

Koronavirusdan ən çox təsirlənən məhsullardan biri də smartfonlar olacaq. Nəticədə Çin dünyanın ən böyük smartfon istehsalçısı və ixracatçısıdır. “Apple” şirkəti fevralın 17-də istehsal və satışların virusdan təsirləndirini açıqlayıb və dünya miqyasında “İphone”larda müəyyən müddət sıxıntı olacağını bildirib.

“Canalys” tərəfindən aparılan bir bazar araşdırması 2019-cu ilin oktyabr ayı ilə 2010-cu ilin mrt ayı arasında Çinin ixrac edəcəyi smartfon miqdarında 50% azalma olacağını təxmin edib.

Çinlilər dünyada ən çox səyahət edən və pul xərcləyən turistlər idi

Çin dünya ölkələrinə ən çox turist göndərən ölkədir və çinli turistlər bütün dünya ölkələrinin vətəndaşlarından daha çox pul xərcləyir. Çin Turizm Akademiyasından edilən açıqlamada çinli turistlərin 2018-ci ildə 150 milyon səyahət etdikləri qeyd edilib.

Birləşmiş Millətlər Turizm Təşkilatına görə, çinli turistlər 2018-ci ildə xarici ölkələrdə 270 milyon dollar xərcləyib. ABŞ-lı turistlər isə eyni dönəmdə sadəcə 144 milyon dollar xərcləyiblər. Buna görə də, koronavirus səyahət məhdudiyyətləri və qadağaları səbəbi ilə turizm sektoruna mənfi təsir etməkdədir.

Əsasən Tayland, Myanmar, Kamboca və Viyetnam üçün turizm sıxıntısı böyük olacaq. Çünki, bu ölkələrə gedən turistlərin böyük qismini çinlilər tutur.

Uzaq ölkələr də çinli turistlərin yoxluğunu hiss edir. Məsələn, Fransanın paytaxtı Parisi ziyarət edən çinli turistlərin digər turistlərdən iki dəfə çox pul xəcrlədiyi bilinir. Artıq burada lüks məhsulların satışlarının azaldığı müşahidə edilir.

Təyyarə biletləri ucuzlaşa bilər

Koronavirus səbəbindən qoyulan səyahət qadağaları Çində daxili və xarici uçuşların böyük ölçüdə axsamasına yol açıb. Beynəlxalq Hava Daşınması Birliyi olan İATA 21 fevralda koronavirus səbəbindən hava yolu şirkətlərinin 29,3 milyard dollar zərər edəcəyini açıqlayıb. Bu zərərin böyük bir qismi (27 milyard dollar) Çin və Asiyada fəaliyyət göstərən şirkətlərin üzərinə düşür.

Eyni zamanda, bir çox hava yolu şirkətinin zərərləri azaltmaq və nağd pul axınını artırmaq üçün bazara ucuz biletlər çıxaracağı gözlənilir.

Neft və mədən qiymətlərinin düşməsi Afrikanı “vuracaq”

Çin 2009-c ildə Afrikanın ən çox ticarət etdiyi ölkə statusunu ABŞ-dan alıb. “Observatory of Economic Complexity” şirkətinin verdiyi rəqəmlərə görə, neftin 67%-ni Çinə satır. Eyni zamanda, Afrika ölkələrinin Çinə ixrac etdikləri ən önəmli məhsullardan mis də koronavirusdan təsirlənib.

Mütəxəssislərdən Dirk Villem Afrika ölkələrinin ümumilikdə 4 milyard dollar civarında zərərə uğrayacaqlarını bildirib.

Paylaş

 Xəbəriniz olsun