Koronavirus daha iki ölkədə qeydə alındı

  • SpaceTV
  • 27 Fevral 2020 11:30

Covid-2019 koronavirusuna yoluxma faktı daha iki ölkədə aşkar edilib.

SPACE TV  bildirir ki, faktlardan biri Danimarkada qeydə alınıb.

Yerli telekanal əməkdaşının İtaliyada dağ kurortunda istirahətdən qayıtdıqdan sonra koronavirusa yoluxduğu məlum olub. Hazırda o, karantinə alınıb.

Onun yoldaşında və övladında virus aşkar edilməyib.

Bundan başqa, Estoniyada İrandan gəlmiş bir kişidə koronavirus müəyyən edilib. Onun Estoniya vətəndaşı olmadığı deyilir.

Hazırda koronavirus 40-a yaxın ölkədə yayılıb.

Paylaş

 Xəbəriniz olsun