Koronavirus çox sayda insanın evdə qalmasına səbəb oldu – VİDEO

  • Space TV
  • 24 Aprel 2020 11:56

Ölkəmizdə Martın 24 dən etibarən xüsusi karantin rejimi tətbiq olunur. Çoxları evdə qalmaqdan gileyləsənsələr də , elələri də var ki, bu vəziyyətdən faydalana bilirlər . Elə bizim qəhrəmanımız, gənclərin sevimli şairi  Qismət bəy kimi. O məhz karantin günlərində öz yaradıcılığına daha çox vaxt ayıra bildiyini deyir.

Bakı Kitab Mərkəzi də karantin dövründə insanların vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif layihələr həyata keçirir. Mərkəzinin rəhbəri Günel Rzayeva elan etdikləri  “Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsi eyni zamanda insanlara  maddi stimul verəcək.

Qeyd etmək istərdik ki, hazırda vaxt ayırıb oxuduğumuz kitablarında çoxu elə məhz  karantin dövrlərində yaranmış əsərlərdir. Bunlardan biri kimi ,“Yevgeni Onegin” Aleksandr Puşkinin ölməz əsərini qeyd edə bilərik. 1830-cu ilin payızında Moskvada vəba epidemiyası tüğyan etdiyi vaxtlarda meydana gəlmişdi.  Puşkini epidemiya səbəbindən  ailə malikanəsinə getməyə məcbur etmişdi. Karantində qaldığı günlərdə isə o bu əsəri yaratmışdı.

Anton Çexov ən yaxşı əsərlərini vəba epidemiyası zamanı yazan daha bir rus yazıçısıdır. Belə ki, o, 1892-1899-cu illərdə “Altı saylı palata” və “Qara rahib” kimi məşhur əsərlərini yazıb. Çexov o zaman öz malikanəsində, demək olar, təklikdə yaşayırdı.

İngilis yazıçısı Con Milton isə əsasən “İtirilmiş cənnət” əsəri ilə şöhrət qazanmışdı. 1665-1666-cı illərdə Londonda tüğyan edən böyük vəba epidemiyasından qorunmaq üçün onun ailəsi yeni evə köçməli oldu. O, məhz təcrid olunduğu zaman “İtirilmiş cənnət” əsərini ərsəyə gətirib.

Digər əsər “Dekameron” italyan yazıçısı Covanni Bokkaçço tərəfindən təxminən 1352-1354-cü illərdə yazılmış yüz novella toplusudur. Kitabdakı hadisələr 1348-ci ilin taun epidemiyası zamanı baş verir. Nəcib nəsildən olan üç kişi və yeddi qadından ibarət qrup epidemiyanın baş aldığı Florensiyanı tərk edərək şəhərdən kənarda yerləşən villada məskunlaşırlar. Karantin dövründə onlar əsərin əsasını təşkil edən 100 hekayəni nəql edirlər.

Vilyam Şekspir isə bütün ömrü boyu taun epidemiyaları ilə üzləşib. Hətta uşaq olarkən Şekspir 1564-cü ildə baş qaldıran taun epidemiyası zamanı sağ qalanlardan biri olub. Taunun adı Şekspirin bir çox əsərlərində, o cümlədən məşhur “Romeo və Cülyetta” pyesində də çəkilir.1605-1606-cı illər Şekspirin yaradıcılığın zirvəsi hesab olunur. Belə ki, bu zaman “Kral Lir”, “Makbet” və “Antoni və Kleopatra” kimi əsərlərini ərsəyə gətirmişdi. Ekspertlər hesab edirlər ki, onun məhsuldarlığı bu dövrdə İngiltərədə taun epidemiyasının tüğyan etməsi ilə bağlıdır. Bu zaman Şekspir karantində qalaraq, şedevrlər ərsəyə gətirib.

https://youtu.be/1rqxlyAwUBM

ELVİRA SƏFƏRLİ  SPACE TV

Paylaş

 Xəbəriniz olsun